• $
  • €
  • ₽
  • ₺
  • £

Opera və Balet Teatrında "Vaqif" operası nümayiş olunacaq

Opera və Balet Teatrında "Vaqif" operası nümayiş olunacaq
17.08.2016 20:44
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Ramiz Mustafayevin Səməd Vurğunun eyniadlı dramı əsasında yazdığı "Vaqif" operasının nümayişi olacaq. APA-nın məlumatına görə, tamaşada Vaqif obrazını ilk dəfə olaraq Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Ramil Qasımov ifa edəcək.  
 
Yeni quruluşda hazırlanmış "Vaqif” operası görkəmli bəstəkar Ramiz Mustafayevin 90 illik yubileyi ərəfəsində oynanılacaq. Səhnə əsərinin quruluşçu rejissoru Hafiz Quliyev, quruluşçu dirijoru Cavanşir Cəfərovdur. Tamaşada baş rollarda Ramil Qasımov, İlahə Əfəndiyeva, Fərid Əliyev, Cahangir Qurbanov, Taleh Yəhyayev, Tural Ağasiyev çıxış edəcəklər.
 
Ramil Qasımov Vaqif obrazının onun üçün çox önəmli olduğunu bildirib: "Bu obrazı ifa etmək mənim üçün şərəfdir. Çalışacağam ki, bu etimadı Ramiz Mustafayev sənətini sevənlərin, eyni zamanda, klassik musiqiyə dəyər verən tamaşaçılar qarşısında doğruldum”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol