• $
  • €
  • ₽
  • ₺
  • £

Stadnik gümüş qazandı, Ratkeviç bürüncü də əldən verdi

Stadnik gümüş qazandı, Ratkeviç bürüncü də əldən verdi
18.08.2016 09:11
Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün mübarizəyə iki xanım güləşçimiz qoşulub.

Mübarizəyə 1/8 final mərhələsindən başlayan təmsilçimiz Mariya Stadnikin (48 kq) ilk rəqibi Aleksandra Patrisia Bermudez (Argentina) olub. Stadnik rəqibinə 10:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi polşalı Nina İvona Matkovska olub.  10:0 hesabı ilə qalib gələn güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib. Stadnikin bu mərhələdə rəqibi Elitsa Yankova (Bolqarıstan) olub. Yarımfinalda 6:0 hesabı ilə qalib gələn Stadnikin vaxtından əvvəl təmiz qələbə ilə finala yüksəlib. O, finalda Erik Tosakla (Yaponiya) qarşılaşıb. Rəqibinə 2:3 hesabı ilə uduzan Stadnik gümüş medalla kifayətlənib.

Digər güləşçimiz Yuliya Ratkeviç 1/8 finalda  Oksana Herhellə (Ukrayna) qarşılaşıb. Rəqibinə 7:5 hesabı ilə alib gələn idmançımız 1/4 finala yüksəlib. İdmançımız 1/4 finalda kolumbiyalı Jaklin Penteria ilə qarşılaşıb. 7:3 hesabı ilə qalib gələn güləşçimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb. O, yarımfinalda Kaori İşo (Yaponiya) ilə qarşılaşıb.Rəqibinə 0:10 hesabı ilə məğlub olan güləşçimiz mübarizəni bürünc medal uğrunda davam etdirib. Üçüncü olmaq üçün güləşçimiz tunisli Marva Amri ilə üz-üzə gəlib. Rəqibi ilə bacarmayan Ratkeçiv bürünc medal da qazana bilməyib.  


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol