Qvardiolanın İngiltərədə ilk məğlubiyyəti

Bu gün İngiltərə Premyer Liqasının 7-i turunda lider "Mançester Siti" rəqib meydanında "Tottenhem”lə qarşılaşıb.
Qol.az-ın xəbərinə görə, Xosep Qvardiolanın komandası bu görüşdə 0:2 hesabı ilə uduzub. Bu, cari mövsümdə Qvardiolanın "Mançester Siti”də ilk rəsmi məğlubiyyəti olub.
Uduzmasına baxmayaraq, "Mançester Siti” 18 xalla liderliyini qorumaqdadır.
"Tottenhem” 17 xalla ikinci, "Liverpul” 16 xalla üçüncüdür.
www.ann.az
























