• $
  • €
  • ₽
  • ₺
  • £

Konora hücum edən üç qafqazlı kimdir? - VİDEO

Konora hücum edən üç qafqazlı kimdir? - VİDEO
08.10.2018 10:36
Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında qalmaqallı döyüş hələ çox müzakirə olunacaq. Bu döyüş UFC tarixinə qızıl hərflərlə yazıldı.

Lakin tamaşaçılar üçün ən çox yadda qalan iki barışmaz rəqibinin üz-üzə gəlməsi yox, döyüşdən sonra baş verənlər oldu.

Oxu.Az xəbər verir ki, hər şeyin çox qarışıq olması səbəbindən Sports.ru saytı irlandiyalının məğlubiyyətindən sonra oktaqonda baş verənləri araşdırmağı qərara alıb.

Həbib Nurməhəmmədov Konorun sparrinq tərəfdaşı Dillon Denisin üstünə cumdu. Bu zaman oktaqona Həbibin qohumu Əbubəkr daxil oldu.

Mühafizədən yan keçən Əbubəkr Konora tərəf qaçır, onun əlində papaq var.

Konorla üz-üzə gələndə Əbubəkr irlandiyalıdan bir zərbə alır və sonuncunu papaqla vurmağa başlayır. Mühafizəçilər dağıstanlını oktaqonun kənarına sıxıb saxlayırlar.

Oxu: Nurməhəmmədov-Makqreqor döyüşündən sonra kütləvi dava
Bundan sonra Həbibin sparrinq tərəfdaşı Zubayra Tuxuqov və güləş üzrə məşqçisi Esedulla Emirağayev məsələyə qarışırlar.

Tuxuqov mühafizəçilərin arasında keçərək Konoru vurmağa cəhd edir. İrlandiyalıya bu zərbə çox təsir etmir və o, dağıstanlıya cavab olaraq bir neçə zərbə endirir.

Daha sonra isə oktaqona Emirağayev tullanır.

Arxadan irlandiyalıya yaxınlaşan Emirağayev sonuncunun hazırlıqsız olmasından istifadə edərək, onu başından yumruqla vurdu.

Konor dağıstanlını görmür və çevrilərək müdafiə olunmaq üçün blok qoyur. Mühafizəçilər tərəfləri ayırırlar.

Davadan dərhal sonra Zubayra Tuxuqov "Instagram” səhifəsində video paylaşaraq, Konora şillə vurduğunu bildirib.

Digər videoda isə Əbubəkr gözünün altındakı göyərməni göstərərək, irlandiyalı ilə davasından danışır.

"Bu irland ləçəri məni vurdu. Lakin mən də borclu qalmadım. Bam, bum! Əlimdə olan papaq mənə mane oldu”, - deyə o bildirib.

Qeyd edək ki, Zubayra Tuxurov Həbib Nurməhəmmədovun Çeçenistandan olan sparrinq tərəfdaşıdır. Döyüşdən əvvəl Makqreqor onu dağıstanlının qarşısında baş əyməkdə ittiham edib və çeçen xalqına layiq olmadığını bildirib. Zubayra isə irlandiyalı ilə təkbətək savaşacağına söz verib. Zubayranın UFC-də 22 döyüşdə 18 qələbəsi və dörd məğlubiyyəti var.

Əbubəkr Nurməhəmmədov Həbibin əmisi oğludur. Avqust ayında sosial şəbəkələrdə yayılan videoda o, "bomj”ları pul müqabilində "jim” vurmağa məcbur edirdi. Peşəkar rinqdə 15 qələbəsi və iki məğlubiyyəti var. ABŞ-da PFL liqasında çıxış edir.

Esedulla Emirağayev Həbibin Dağıstandan olan məşqçisidir. Döyüş sambosu üzrə Rusiya çempionudur. Nurməhəmmədova güləş üzrə məşq etməyə kömək edir.

UFC prezidenti Deyn Uayt bəyan edib ki, Makqreqora hücum edənlərdən heç biri turnirdə bir daha iştirak edə bilməyəcək. Qeyd edək ki, Tuxuqov Konorun dostu Artyom Lobovla oktyabrın 27-də döyüşməli idi. Görünür, bu döyüş baş tutmayacaq.

Konor Makqreqor ona hücum edənlərdən heç birinə qarşı ittiham irəli sürməyib.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol