“Qarabağ”ın “Olimpiya” ilə qarşılaşacağı gün açıqlandı
18.08.2023 14:42
"Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində "Olimpiya” komandası avqustun 24-də Sloveniyada qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Cavab görüşü isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.