Futbol agentliklərinə ödənilən məbləğ açıqlanıb

2023-cü ildə futbol agentliklərinə 888,1 milyon dolları ödənilib ki, bu da ötən illə müqayisədə 233,4 milyon dollar çoxdur. Bunu FIFA açıqlayıb.
Qadın futbolunda isə agentlərə ödənişlər ilk dəfə 1 milyon dolları ötüb.
www.anews.az
Agentlərə ödənişlərin 86,6 faizini Avropa klubları ediblər. Bunun 280 milyon dolları İngiltərə təmsilçilərinə məxsusdur. Səudiyyə Ərəbistanı klubları (86 milyon dollar) ikinci sıradadır.
www.anews.az
























