• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ” dünyanın ən güclü 200 klubu sırasında

“Qarabağ” dünyanın ən güclü 200 klubu sırasında
29.05.2020 05:22
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun prezidenti Alfredo Pojenin ölümü ilə əlaqədar federasiyanın fəaliyyətində müvəqqəti durğunluğun yaranması üzündən siyahı 10 aylıq fasilədən sonra dərc olunub.2013-cü il üçün 12 ayının nəticələrini özündə əks etdirən siyahıda planetin 200 ən güclü komandası yer alıb. Burada Azərbaycanın 1 təmsilçisi də var.Daxili arenada titul qazana bilməsə də, Avropa Liqasında 3 mərhələ keçən “Qarabağ” dünyanın 111-ci komandasıdır. Hesabında 119,50 xal olan Qurban Qurbanovun yetirmələri “River Pleyt” (Argentina), “Marsel” (Fransa), MOİK (Rusiya), “Udineze” (İtaliya), “Anderlext” (Belçika), “Malaqa” (İspaniya), “Penyarol” (Uruqvay), “Flamenqo”, “Botofoqo” (hər ikisi Braziliya), “Nyukasl”, “Everton”, “Liverpul”, “Uiqan” (hamısı İngiltərə), “Volfsburq”, “Ştutqart” (hər ikisi Almaniya) kimi klubları arxada qoyur.Siyahının ilk pilləsində isə “Bavariya” qərarlaşıb. Almaniya klubunun 370 xalı var. İspaniya “Real”ı 290 xalla 2-ci, İngiltərə “Çelsi”si 273 xalla 3-cüdür.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol