• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov Böyükağa Hacıyevi geridə qoydu

Qurban Qurbanov Böyükağa Hacıyevi geridə qoydu
29.05.2020 05:22
İxtisaslaşmış “coachworldranking.com” portalı klublarda çalışan baş məşqçilərin illik reytinq siyahısını dərc edib. Lent.az-ın məlumatına görə, siyahı 2013-cü ilin 52 həftəsi ərzində klubların keçirdiyi rəsmi matçların nəticələrinə əsasən hesablanıb. 1329 baş məşqçinin yer aldığı cədvələ 2 azərbaycanlı mütəxəssis də daxil edilib. Bunlar Qurban Qurbanovla Böyükağa Hacıyevdir. “Qarabağ”ın baş məşqçisi ili 715 xalla 704-cü pillədə başa vurub. Qurbanov 2012-ci illə müqayisədə 2 pillə geriləyib. Hacıyev isə 38 xalla 1281-ci pillədə qərarlaşıb. “Neftçi”nin sabiq baş məşqçisinin mövqeyində də 1 pillə eniş baş verib. Siyahıda Topaz Premyer Liqası klublarının hazırkı baş məşqçilərindən Kaxaber Tsxadadze də var. Bakı “İnter”inin baş məşqçisi 339 xalla 926-cıdır. Gürcüstanlı mütəxəssis 2012-ci ilə nəzərən 2 pillə irəliləyib. Mövsümün ilk yarısında “Xəzər Lənkəran”ın baş məşqçi postundan istefa vermiş Con Toşak siyahıda 2 pillə irəliləyib. Uelsli mütəxəssis hazırda 100 xalla 1193-cüdür. Lənkəran klubunun daha bir sabiq baş məşqçisi, hazırda Belçika “Gent”inə rəhbərlik edən Mirça Rednik isə 1 pillə irəliləyərək, 2261 xalla 257-ci mövqedə qərarlaşıb. Qeyd edək ki, reytinq cədvəlinə İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo 15174 xalla başçılıq edir. İspaniya “Atletiko”sunun sükanı arxasındakı Dieqo Simeone 13384 xalla 2-ci, hazırda “Barselona”ya rəhbərlik edən Xerardo Martino isə 11993 xalla 3-cüdür.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol