Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələn Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə qolsuz bərabərə qalıb.
Qarşılaşma Plovdiv şəhərində baş tutub.
























