• $
  • €
  • ₽
  • ₺
  • £

"Qəbələ"dən daha bir rəsmi transfer

"Qəbələ"dən daha bir rəsmi transfer
29.05.2020 06:05

2015/2016 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən "Qəbələ” növbəti transferini gerçəkləşdirib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda serbiyalı futbolçu Vojislav Stankoviçlə icarə əsasında 1,5 illik müqavilə imzalayıb. 

2014/2015 mövsümünün ikinci yarısında Azərbaycanda çıxış edən 28 yaşlı müdafiəçi Bakı "İnter”inə məxsusdur. Azərbaycan Premyer Liqasında 12 matçda 1 qol vuran Stankoviç "İnter”in heyətində ümumilikdə 16 oyuna çıxıb.

Ölkəmizə gələnədək 5 il Serbiyanın "Partizan” klubunda çıxış edən Vojislav 2010-2015-ci illərdə Belqrad təmsilçisinin şərəfini qoruyub. Müdafiəçi karyerası ərzində "Dinamo” (Vranye, 2006-2008) və OFK (2009) klublarında da çıxış edib. 2010-cu ildə Serbiya millisinə çağırılan arxa xətt oyunçusu yığmada 1 oyun keçirib.

Qeyd edək ki, "Qəbələ" bunadək Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov və Aleksey Antonovu transfer edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol