Lukaşenko son 10 ildə ilk dəfə ABŞ-a səfər edəcək

Belarus prezidenti Aleksandr Lukaşenko sentyabrın 26-29-da ABŞ-da işgüzar səfərdə olacaq.
APA-nın "112.ua" saytına istinadən məlumatına görə, bu barədə dövlət başçısının rəsmi saytı xəbər verib.
"Prezident A.Lukaşenko Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasında çıxış edəcək. Bundan başqa, dövlət başçısının digər ölkə liderləri ilə ikitərəfli danışıqları nəzərdə tutulub. Prezident A.Lukaşenko həmçinin BMT-nin baş katibi Pan Qi Mun və BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Zeyd Raad Əl-Hüseynlə görüşəcək”, məlumatda deyilir.
Qeyd edək ki, bu, Lukaşenkonun ABŞ-a son 10 ildə ilk səfəridir.
Kuba lideri isə son 15 ildə ilk dəfə olaraq ABŞ-a səfər edib. Bundan əvvəl, Raul Kastronun qardaşı Fidel 2000-ci ildə BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər etmişdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















