• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya təyyarəsinə bomba qoyulması barədə məlumat ələ keçdi

Rusiya təyyarəsinə bomba qoyulması barədə məlumat ələ keçdi
28.05.2020 20:36
ABŞ və Britaniya kəşfiyyat orqanlarının birgə apardığı və peyk izlənməsi vasitələrindən istifadə olunan əməliyyat nəticəsində İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Misirdə qəzaya uğramış Rusiya təyyarəsinin göyərtəsinə bomba keçirdiyi məlum olub.

 "Report" xəbər verir ki, Britaniyanın "Times" nəşri belə yazıb.

Qəzetin yazdığı xəbərə görə, əməliyyat nəticəsində İŞİD-in Suriya və "Airbus-321" təyyarəsinin qəzaya uğradığı Misirin Sinay yarımadasında olan terrorçular arasında elektron yazışmalar ələ keçirilib. "Mesajların tonu və məğzi analitikləri bombanı təyyarənin göyərtəsinə sərnişin və ya yerüstü xidmət əməkdaşının keçirdiyinə inandırıb", - nəşr yazır.
Bir müddət əvvəl digər Britaniya nəşri "The Telegraph" Britaniyanın Şarm əş-Şeyxə olan bütün reysləri təxirə salmasının İŞİD terrorçularının irimiqyaslı terror aktına hazırlaşması ilə bağlı məlumat əldə edilməsindən sonra reallaşdığını yazmışdı.

Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" aviaşirkətinə məxsus "Airbus-321" təyyarəsi Şarm əş-Şeyxdən Sankt-Peterburqa uçarkən Sinay yarımadasının üzərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 217 sərnişin və 7 ekipaj üzvü dünyasını dəyişib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol