Parisdə törədilən terror aktlarında əsas şübhəli həbs edildi

Belçikanın Molenbek şəhərində Parisdə törədilən terror aktlarında əsas şübhəli bilinən Saleh Abdeslam həbs edilib.
APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, o, həyata keçirilən irimiqyaslı terrora qarşı əməliyyat nəticəsində yaxalanıb.
Bildirilir ki, S.Abdeslam hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada yaralanıb.
Xatırladaq ki, ötən ilin noyabrında Fransanın paytaxtı Parisdə törədilən bir neçə terror aktı nəticəsində 130 nəfər ölüb, 350 nəfər xəsarət alıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















