Binanın dağıntıları altında 6 gün sağ qalıb

Keniyada 6 mərtəbəli binanın dağıntılar altında 6 gün sağ qalan qadın tapılıb.
Bu barədə Trend Reuters-ə istinadən xəbər verir.
Xatırladaq ki, Keniyada aprelin 29-da leysan nəticəsində 6 mərtəbəli yaşayış binası dağılıb. Hadisə nəticəsində 120 nəfəri xilas etmək mümkün olub. Ən azı, 23 insan həlak olub, 93 nəfər isə itkin sayılır.
Qəzadan 4 gün sonra dağıntılar altında sağ qalan 6 aylıq uşaq tapılmışdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















