NATO-nun baş katibi: "Rusiya ilə yeni "soyuq müharibə" istəmirik"

"Şimali Atlantika Alyansı Rusiya ilə yeni "soyuq müharibə" istəmir”.
APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, NATO Rusiyanın öz silahlı qüvvələrini necə intensiv maliyyələşdirdiyini müşahidə edir: "NATO yalnız bu fəaliyyətlərə cavab verərək öz müdafiəsini gücləndirir. Biz eyni zamanda eskalasiyadan qaçırıq və açıq dialoqu dəstəkləyirik”.
NATO baş katibi hazırda alyansın Rusiyadan birbaşa təhdid görmədiyini də açıqlayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















