Ukrayna “Eurovision”dan imtina etməyəcək

"Bu, bizim üçün böyük şərəfdir”.
Ukrayna 2017-ci ildə ölkədə "Eurovison”un keçirilməsi üçün maksimum səy göstərəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman "1+1” telekanalının efirində bildirib.
"Biz heç bir halda "Eurovision”un keçirilməsindən imtina etməyəcəyik. Hesab edirəm ki, bu, bizim üçün böyük şərəfdir”, - o deyib.
Baş nazir, həmçinin qeyd edib ki, hakimiyyət bu beynəlxalq müsabiqəni yüksək, peşəkar səviyyədə keçirmək üçün maksimum səy göstərəcək.
Maliyyə naziri Aleksandr Danelyuk mayın 18-də müsabiqənin Ukraynada keçirilməsini "sayıq qiymətləndirməyi” vəd edib. Bununla yanaşı, məmur müsabiqənin keçirilməsi haqqının başqa ölkəyə verilməsi imkanını da xatırladıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















