Papa İrəvanda “soyqırımı" sözünü işlətdi

Ermənistanda səfərdə olan Roma Papası I Fransisk 1915/16-cı ildə baş verən hadisələri pisləyib.
APA-nın Vatikan radiosuna istinadən verdiyi xəbərə görə, pontifik prezident Serj Sarkisyan və digər rəsmilər qarşısında çıxış edərkən "soyqırımı” ifadəsini də dilə gətirib.
Qeyd edək ki, 2015-ci ildə Roma Papası I Fransisk uydurma "erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu bəyan etmişdi.
Roma Papasının bəyanatı Türkiyənin sərt etirazı ilə qarşılanmışdı. Türkiyənin Vatikandakı səfiri geri çağırılmış, Vatikanın Ankaradakı səfiri isə Türkiyə XİN-ə çağırılmışdı.
I Fransiskin Ermənistana səfəri üç gün davam edəcək
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















