Türkiyədə üç polis güllələndi
Türkiyənin cənubi-şərqində yerləşən Şanlıurfa şəhərində 17 yaşlı gəncin hücumundan sonra üç polis ölüb və daha üç polis yaralanıb.
Oxu.Az bu barədə "Anadolu” agentliyinə istinadən xəbər verir.
Şanlıurfanın valisi bəyan edib ki, bu hücum terror aktı deyil.
Qeyd edilir ki, hücum edən şəxsin psixi çatışmazlığı olub. O, ailəsi ilə bərabər səyahət edirdi, həmin an isə atasının tapançasını götürüb.
Məlumata görə, polislər avtobus sərnişinlərindən sənədlərini təqdim etməyi istədikdən sonra gənc adam polislərə atəş açıb. Atışma zamanı hücum edən şəxs zərərsizləşdirilib. Üç polis xəstəxanada dünyasını dəyişib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















