Ermənistanda 12 çay ən yüksək çirkliliyə malikdir

Ermənistanda Sünik vilayətindən axan 12 çay və onun qolları ən yüksək, beşinci dərəcəli çirkliliyə malikdir.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, buna səbəb vilayətdəki dağ-mədən sənayesidir.
Xəbərə əsasən, "2016-2021-ci illərdə ölkənin cənub ərazisindəki su hövzələrinin idarə edilməsi üzrə tədbirlər planı" adlı sənəddə bildirilib ki, buna səbəb Dastakert rayonundakı mis-molbden müəssisəsinin fəaliyyətidir.
İnformasiyaya görə, oranın mis və molbden kimi metalların kimyəvi tullantısı həmin çaylara axıdılır. O çayların arasında Araz çayı da var.
Azərbaycan və İran tərəfi Ermənistana, beynəlxalq qurumlara bu haqda dəfələrlə şikayət etsə də, çay sularının çirkləndirilməsi davam edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















