Sorğu: Klinton Trampı 6 faiz qabaqlayır

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 6% qabaqlayır.
APA-nın "Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, agentlik və "İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 40,5 faizini, Tramp isə 34,6 faizini toplaya bilər.
Əvvəlki sorğuda Tramp Klintonu 2 faiz qabaqlayırdı.
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















