• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçrənin HHQ-nin qırıcısı Alpda yoxa çıxıb

İsveçrənin HHQ-nin qırıcısı Alpda yoxa çıxıb
29.05.2020 02:07
İsveçrənin Hərbi Hava Qüvvələrinin "F/A18C” qırıcısı ölkənin mərkəzi hissəsində təlim uçuşları zamanı yoxa çıxıb. 

Oxu.Az xəbər verir ki, bu barədə "ВВС News” məlumat yayıb. 

Təyyarə günün ikinci yarısında İnterlakendən şərqdə Zusten aşırımı ərazisində yoxa çıxıb, İsveçrənin Müdafiə Nazirliyi məlumat yayıb. 

Pilotun taleyi haqqında məlumat daxil olmayıb. Xilasedicilər təyyarənin qalıqlarını və pilotu axtarırlar.  

Müdafiə Nazirliyi yaxın saatlarda baş verən hadisəyə dair mətbuat konfransı keçirməyi planlaşdırır. 

"Tages Anzaiger” qəzetinin saytı bu qəbildən olan hadisənin İsveçrənin hərbi aviasiyasında ilk olmadığını vurğulayıb. 

2015-ci ilin oktaybrında "F/A18” təyyarəsi qəzaya uğrayıb. Hadisə Fransa HHQ ilə birgə Bezansonun cənubi-şərqində keçirilən təlimlər zamanı baş vermişdi. 

2016-cı ilin iyununda isə Niderlandda "F-5” qırıcısı qəzaya uğramışdı. Pilot katapult etmişdi. 

Ümumilikdə 1941-ci ildən indiyə qədər İsveçrənin HHQ-nin 400 təyyarəsi qəzaya uğrayıb. Bu qəzalar nəticəsində 350 pilot ölüb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol