• $
  • €
  • ₽
  • ₺
  • £

19 futbolçu, 21 jurnalist həlak oldu - YENİLƏNİB (FOTO/VİDEO)

19 futbolçu, 21 jurnalist həlak oldu - YENİLƏNİB (FOTO/VİDEO)
29.05.2020 06:15
Boliviyadan Kolumbiyanın Medelyin hava limanına hərəkət edən təyyarə qəzaya uğrayıb.
 
Fanat.Az xəbər verir ki, təyyarədə 72 sərnişin və 9 ekipaj üzvü olduğu bildirilir.

Yerli mətbuatın məlumatına görə, təyyarə Braziliyanın "Şapekoense" klubunun üzvlərini daşıyırmış. Hələlik təyyarədə sağ qalanın olub-olmadığı bilinmir. 

AFP xəbər agentliyinə danışan rəsmi şəxs komanda üzvlərinin təyyarədə olduğunu təsdiq edib. "Şapekoense" üzvləri Cənubi Amerika turnesi çərçivəsində Medelyin şəhərində "Atletiko Nasional"la qarşılaşmaya gedirmiş.

Qeyd edək ki, "Neftçi"nin sabiq kapitanı Flavinyo ötən mövsüm bu klubda çıxış edib.

***

"Reuters"in məlumatına görə, qəza yerinə çatan xilasedicilər sağ sərnişinləri çıxardıb. İlkin məlumata görə, 6 nəfər qəzadan sağ çıxıb. Ölənlərin olduğu bildirilsə də, onların dəqiq sayı açılmır.

***

"Associated Press" agentliyi xəbər verir ki, qəzadan öncə Kolumbiyada güclü yağış yağıb və fırtına olub. Başqa bir məlumata görə isə qəzanın səbəbi yanacaq satışmamazlığıdı.

***

Təyyarə qəzasında ölənlərin sayı açıqlanıb. Məlumata görə, 81 nəfərdən 76-sı həlak olub, 5 nəfər xilas edilib. Yaralılar xəstəxanalara yerləşdirilib.

Dünya mediasının məlumatına görə, təyyarədə "Şapekoense" klubunun 22 futbolçusu olub. Onlardan 3-ü xilas edilib, 19-u həlak olub.

Bundan başqa təyyarədə klubun 8 rəsmi şəxsi, 3 xüsusi qonağı və 21 jurnalist olub.
 










 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol