• $
  • €
  • ₽
  • ₺
  • £

Səudiyyə Ərəbistanı neft qiymətlərinə endirim edib

Səudiyyə Ərəbistanı neft qiymətlərinə endirim edib
03.03.2017 23:00
S.Ərəbistanı neft hasilatı öhdəliyindən çox azaldıb.

ANN.AZ/ Səudiyyə Ərəbistanı qlobal bazarda neft qiymətlərinin azalmasına səbəb olub. "ANN" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, buna səbəb S.Ərəbistanının bütün müştərilərinə endirim etməsi amili olub.
 
Əsas endirim (0,3 dollar/barel) asiyalı müştərilərə təqdim edilib. Onlar aprel ayında nefti yeni, endirimli qiymətlə ala biləcək. Bu, son 7 ilin orta qiymətindən 2 dollar/barel ucuzdur.

Ər-Riyadın bu qərarı neft bazarı iştirakşıları üçün sürpriz olub. Belə ki, onlar keçən ilin sonundan etibarən qiymətləri artırırdılar. Analitiklər S.Ərəbistanının bu qərarını Asiya bazarında bu ölkənin liderliyini itirməsi ilə izah edirlər. Qeyd edək ki, S.Ərəbistanı ən mühüm neft idxalçısı olan Çin bazarını fevral ayında Rusiyaya uduzub.

Xatırladaq ki, OPEC və neft hasil edən digər ölkələr 2016-cı ilin noyabrında hasilatın azaldılması ilə bağlı qərar qəbul edib. Bu qərar nəticəsində azalan hasilat və yüksələn neft qiymətləri ABŞ-da şist neft hasilatçılarının fəaliyyətini canlandırıb. Belə ki, ABŞ-da neft hasilatı 9 mln. barel/günü ötüb. Öz növbəsində S.Ərəbistanı fevral ayında hasilatı 717,6 min barel/gün azaltdığını və 9,748 mln. barel/günə çatdırdığını  bildirib. Onun isə anlaşmada qəbul etdiyi öhdəliyə görə hasilatı 10,058 mln. barel/günə qədər azaltması kifayət edirdi.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol