Peru Venesueladakı səfirini geri çağırıb

Peru XİN: Venesuela xarici işlər nazirinin bəyanatı diplomatik münasibətləri dəstəkləyən ölkələr üçün qəbuledilməzdir.
ANN.AZ/ Peru Prezidenti Pedro Pablo Kuçinski ölkənin Venesueladakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
"ANN" Peru Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu qərar Venesuela xarici işlər naziri Delsi Rodrigesin Peru prezidentinin ünvanına təhqiredici ifadələr işlətməsindən sonra qəbul edilib.
Peru XİN-dən bildiriblər ki, D.Rodrigesin bəyanatı diplomatik münasibətləri dəstəkləyən ölkələr üçün qəbuledilməzdir.
Bundan əlavə, Peru Venesuelaya etiraz notası göndərib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















