Qazaxıstanda təyyarə qəzaya uğrayıb: Ölənlər var

Qazaxıstanın Almatı vilayətində "Yak-12” təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
anews.az Report-a istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın İnvestisiya və İnkişaf üzrə Nazirliyinin mülki aviasiya komitəsindən bildirilib.
İnformasiyaya əsasən, təyyarə "Kazavia” hava şirkətinə məxsus olub. Təyyarə kimyəvi xidmət tapşırığı icra edirmiş. "Yak-12” vilayətin Panfilov rayonunun Şolakay kəndi yaxınlığında yerə düşüb.
Məlumata görə, təyyarənin göyərtəsində pilotla birlikdə iki nəfər olub. Onların hər ikisi qəza nəticəsində ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















