Türkiyədə terror planlaşdıran 10 nəfər zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri terror törətməyi planlaşdıran 10 terrorçunu zərərsizləşdirib, daha 4-ü isə hərbçilərə təslim olub.
anews.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Onların 3-ü Türkiyənin Hakkari əyalətinin Çukurca rayonundakı hərbi hissəyə hücum etmək istəyərkən məhv ediliblər.
Məlumata görə, ölkənin Siirt əyalətinin Eruh rayonuda keçirilən antiterror əməliyyatı nəticəsində 7 terrorçu havadan endirilən zərbələr nəticəsində məhv edilib.
İraqın şimalındakı terrorçuların sığınacaqlarından qaçan 4 terrorçu isə Türkiyənin Şırnak əyalətinin Silpi rayonunda hərbçilərə təslim olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















