Kanada İranın nüvə proqramının yoxlanılmasına pul ayıracaq

Kanada hökuməti İranın nüvə proqramının yoxlanılmasına 1,5 milyon Kanada dolları (1,2 milyon ABŞ dolları ) məbləğində vəsait ayıracaq.
anews.az xəbər verir ki, bu barədə Kanada XİN-nin rəhbəri Kristia Frilandın Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatında bildirilir.
"2015-ci ildə imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) sülh və təhlükəsizliyə yarana biləcək təhlükənin qarşısının alınmasında mühüm alət olub", - deyə XİN rəhbəri bildirib .
Oktyabrın 13-də Amerika prezidenti Donald Tramp bildirib ki, ABŞ İrana qarşı olan strategiyasını yenidən nəzərdən keçirib və bu ölkə ilə nüvə sazişini istənilən vaxt poza bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















