Yakutiyada avtomobil qəzası nəticəsində 9 nəfər ölüb

Qəzanın səbəbi mikroavtobusun əks zolağa çıxması ola bilər.
Rusiyanın Yakutiya Respublikasının "Kolıma” avtomobil şosesində baş verən qəzada 9 nəfər ölüb.
"Report” TASS istinadən xəbər verir ki, bu barədə respublikanın FHN-dən bildiriblər.
"Son məlumatlara görə, 9 nəfər ölüb, onlar arasında 2 yaşlı uşaq da var. Xəsarət alan üç nəfər xəstəxanadadır”, - deyə nazirlikdən bildirilib.
Ehtimala görə, qəzaya səbəb mikroavtobusun əks hərəkət zolağına çıxması ola bilər. Xəsarət alan üç nəfərdən biri reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















