2020-ci ildəki Superkuboka doqquz şəhər namizəddir

2020-ci ildə keçiriləcək UEFA Superkubokuna ev sahibliyi etmək istəyən ölkələrin siyahısı açıqlanıb.
Anews.az xəbər verir ki, siyahıda doqquz namizəd yer alıb. Bunlar Albaniya ("Milli Arena”, Tirana), Belarus ("Dinamo”, Minsk), İsrail ("Sammi Ofer”, Hayfa), Qazaxıstan (Mərkəzi stadion, Almatı), Moldova ("Zimbru”, Kişinyov), Portuqaliya ("Draqau”, Portu), Şimali İrlandiya ("Vindzor Park”, Belfast), Finlandiya (Olimpiya stadionu, Helsinki) və Fransadır ("Qrand Stad”, Nitsa).
Qeyd edək ki, Superkuboka ev sahibliyi etmək istəyən assosiasiyalar yekun ərizələrini martın 29-dək verməlidirlər. Qalibin adı mayda açıqlanacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















