• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: “Exo Moskvı” xalqımızdan üzr istəsin

Səfir: “Exo Moskvı” xalqımızdan üzr istəsin
29.05.2020 05:02
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Exo Moskvı” radiosunun efirində Azərbaycana qarşı yol verilən hörmətsizliklə bağlı radionun baş redaktoru Aleksey Venediktova müraciət edib.

Anews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, məktub aprelin 28-də "Exo Moskvı” radiostansiyasının efirində yayımlanan, aparıcı Yuliya Latıninanın müəllifi olduğu "Kod Dostupa” verilişində jurnalistin Azərbaycanı və azərbaycanlıları təhqir etməsi ilə əlaqədardır.

Səfir məktubunda Y. Latıninanın növbəti dəfə məhdud tarixi biliklərini və ermənilərə simpatiyasını göstərərək tarixi faktları təhrif etdiyini, işğalçını qurban, hərbi cinayətkar olan Serj Sarkisyan və ətrafını isə qəhrəman kimi təqdim etdiyini, 100 il ərzində işğal, soyqırımı, etnik təmizləmə kimi beynəlxalq cinayətlərdən əziyyət çəkən Azərbaycan xalqını bütün günahlarda ittiham etdiyini vurğulayıb: 

"Aydındır ki, Yuliya Latınina tərəfindən canlı efirdə deyilən fikirlər onun qərəzli və qeyri-peşəkarlığının təzahürüdür, faktları təhrif etmək, anti-Azərbaycan təbliğatı aparmaq yolu ilə narahat Ermənistan cəmiyyətini real əhval-ruhiyyədən yayındırmaq üçün Rusiya auditoriyasını çaşdırmaq məqsədi daşıyır”.

P. Bülbüloğlu Y. Latıninanın jurnalistika etikasının bütün sərhədlərini pozduğunu, reallıq hissini itirdiyini, öz hüquqi və vətəndaşlıq məsuliyyətini unudaraq auditoriyaya müraciətində Azərbaycan cəmiyyətini "ruhən xəstə” adlandıraraq bütün Azərbaycan xalqına qarşı məsuliyyətsiz, əxlaqsız və alçaldıcı ifadələr işlətdiyini vurğulayıb: 

"Xüsusilə qeyd etmək istəyirəm ki, bütün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Onlardan 10 milyonu Azərbaycandadır. Unutmaq lazım deyil ki, Rusiyanın özündə iki milyona yaxın azərbaycanlı yaşayır və onların yarım milyonu Moskvada məkunlaşıb.

Bu statistikanı nəzərə alaraq "Exo Moskvı” radiosunun böyük Rusiya Federasiyasında yaşayan Azərbaycan auditoriyasını özünə qarşı kökləməkdə maraqlı olduğunu düşünmürəm.

Birinci dəfə deyil ki, Y. Latınina "Exo Moskvı” radiosunun çoxmilyonlu auditoriyasından istifadə edərək Azərbaycan xalqını alçaldır, Rusiya cəmiyyətində nifrət əhval-ruhiyyəsi formalaşdırır”.

Səfir A. Venediktovdan baş vermiş hadisə ilə bağlı lazımi tədbirləri görməyi xahiş edib:

"Mövcud vəziyyəti diqqətinizə çatdıraraq sizdən Rusiya Federasiyasının "Kütləvi İnformasiya Vasitələri haqqında” qanunu çərçivəsində lazımi tədbirləri görməyi, redaksiya tərəfindən müvafiq təkzibin yayılmasını və bütün Azərbaycan xalqından üzr istənilməsini xahiş edirəm”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol