Bu ölkədə niqab qadağan edildi

Danimarka parlamenti niqab və pərəncənin qadağan edilməsi ilə bağlı qərar qəbul edib.
Anews.az "Anadolu” agentliyinə istinadla xəbər verir ki, qanun layihəsinin lehinə 70, əleyhinə 30 deputat səs verib.
Qanun layihəsi avqustun 1-də qüvvəyə minəcək və bu qadağanı pozanlar isə min kron cərimə olunacaq. Dörd dəfədən çox qadağanı pozanlar isə 10 min kron cərimə ödəyəcək.
Danimarka ədliyyə naziri Serena Pape Poulsenanın sözlərinə görə, polis qadınları niqab və pərəncəni soyunmağa məcbur etməyəcək. Qadağanı pozanlar cərimə olunacaq və evə buraxılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















