• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanı müharibəyə çəkən – 4 ssenari

Rusiyanı müharibəyə çəkən – 4 ssenari
29.05.2020 09:05
Üçüncü Dünya Müharibəsinin başlanma riski azdır, amma hər şeyə rəğmən, bu risk yox olmaq bilmir. Əvəzində dünyada regional toqquşmalar sürətlənir.

Axar.az xəbər verir ki, bu sözlər Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının prezidentinin müavini Konstantin Sivkovun "Hərbi Sənaye Kuryeri” jurnalındakı məqaləsində yer alıb.

"Qərb və transmilli elitalar regional ziddiyyətlərdən özlərinə sərf edən bölgələrdə hərbi konfliktlər və lokal müharibələr törətmək üçün istifadə edirlər. Bu, onlara şəxsi və qlobal hədəflərinə çatmağa imkan verir. Rusiyanın qərbində ABŞ və NATO-nun vasitəsilə hərbi təhdid formalaşır. Bunun üçün isə marionet rejimlərdən istifadə edilir.

Əslində Üçüncü Dünya müharibəsi üçün detonator rolunu İraq və Suriyanın parçalanması və burada kürd dövlətinin yaranması oynaya bilər. Rusiya və İranın regionda mövqeyinin daha da güclənməsi ABŞ, İsrail və digər ərəb ölkələrinin hərbi aktivliyini artırar. Hələlik bu aktivlik məhdud xarakter daşıyır, lakin o, genişmiqyaslı işğala hər an çevrilə bilər.

Bundan başqa, ABŞ, İsrail, NATO ölkələri və onların ərəb müttəfiqlərinin İrana qarşı aqressiyası başlaya bilər. Bu lokal müharibə kifayət qədər genişmiqyaslı olacaq. Müharibənin davamlılığı isə bir neçə ay çəkəcək. Savaş İran ordusunun əsas qruplaşmalarının məhvi və ya ölkədəki siyasi rejimin dəyişilməsi ilə bitəcək. Rusiyanı konfliktə cəlb etmək riski azdır. Buna rəğmən sərhədlərimiz yaxınlığında bizə düşmən olan İranın peyda olması Moskva üçün qəbuledilməzdir.

Rusiyanın cənubunda əsas hərbi təhlükə mənbələri Mərkəzi Asiya ölkələrindəki qeyri-stabil vəziyyət (Özbəkistan və Tacikistandakı milli və dini problemlər), Suriya, İraq və Əfqanıstanda davam edən müharibələr, Hindistanla Pakistan arasındakı münasibətlərdir.

Daha bir önəmli ziddiyyət olan bölgə Arktika regionudur. Buradakı ziddiyətlər hərbi konfliktə səbəb ola bilər. Ziddiyyətlərə səbəb təsir zonalarının yenidən bölüşdürülməsi, ABŞ-ın şimal dəniz yolunu beynəlxalq nəzarətə verilməsini istəməsidir. Bu zonada əsas konflikt tərəfləri Rusiya və ABŞ-dır. Ona görə də buradakı hətta məhdud xarakterli hərbi konflikt Rusiya və NATO arasında nüvə silahından istifadə edilməklə genişmiqyaslı müharibənin başlanması riskini yaradır”, – deyə məqalədə bildirilib.

Sivkov həmçinin Rusiyanın müharibələrə cəlb edilməsi üçün 4 əsas ssenarinin olacağını deyib:

"Birinci ssenaridə sərhədyanı bölgələrdə konflikt olacaq. Bu konflikt 2 aya qədər davam edəcək və orada 5-10 min nəfər iştirak edəcək. Bu konfliktdən genişmiqyaslı hərbi aksiyalar üçün istifadə ediləcək.

İkinci ssenaridə hərbi konflikt bir əməliyyat istiqamətində olacaq. Bu konflikt bir neçə il davam edəcək. Burada 120 min nəfər iştirak edəcək. Bu konflikt Rusiya sərhədlərində və ya hansısa vacib bölgələrdən birində ola bilər.

Üçüncü ssenari strateji istiqamətlərdən birində olan lokal müharibədir. Müharibə bir neçə il davam edəcək və təxminən burada 1 milyon nəfər iştirak edəcək. Rusiyanın müharibəyə girişinə əsas səbəb böyük ərazi iddialarını reallaşdırmaq istəməsi olacaq.

Dördüncü ssenari Rusiyaya qarşı regional müharibədir. Bu müharibə bir neçə strateji istiqamətdə olacaq və bir neçə il çəkəcək”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol