• $
  • €
  • ₽
  • ₺
  • £

İsmayılovun evləri və torpaqları satışa çıxarılacaq

İsmayılovun evləri və torpaqları satışa çıxarılacaq
28.05.2020 19:53
Əfsanəvi "Çerkizov” bazarının sahibi, keçmiş milyarder Telman İsmayılov üçün pullarını geri qaytarmaq şansı yaranıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı "Life” məlumat yayıb. 

Bir neçə gün əvvəl Moskvanın Arbitaj Məhkəməsi Rusiya güc strukturlarından gizlənən və İnterpol xətti ilə axtarışa verilən İsmayılov barədə qərar çıxarıb. Qərara əsasən, sabiq milyarderə Rusiyadakı bütün əmlaklarının maliyyə idarəsi imkanı verilib. 

Məlumata görə, onun Moskvanın rayonlarında malikanələri və mənzilləri var. Bu daşınmaz əmlakın ümumi dəyəri 300 milyon rubldur (təxminən 4,5 milyon dollar – red.) ki, bu da İsmayılovun borcunun kiçik bir hissəsidir. Onun hazırda 30 milyard rubl (təxminən 450 milyon dollar) borcu var. 

Oliqarxın Moskvanın Kutuzovsk prospektində yerləşən binada iki mənzili var. Onlardan biri beş otaqdan ibarətdir və sahəsi 132 kvadrat metrdir. Digəri isə altı otaqdan iobarətdir və ümumi sahəsi 158 kvadrat metrdir. Mənzillərin hər birinin dəyəri 50 milyon rubl (748 min dollar) təşkil edir. 

Bundan başqa, Moskva ətrafında İsmayılovun dörd yerdə torpaq sahəsi, bir neçə mənzili var. 

Belə ki, Aprelevkenin Vatutina küçəsində 12 sot torpaq sahəsi və bunun tərkibində ümumi sahəsi 636 kvadrat metr olan mülkü var. Onun dəyəri 34 milyon rubldur (508 min dollar).

Həmin küçədə ümumi sahəsi 1,1 min kvadrat metr olan daha bir malikanə var ki, onun da ümumi dəyəri 50 milyon rubl təşkil edir.


Skolkov kəndində İsmayılovun dəyəri 12,6 milyon olan (188 min dollar) 24 sot torpaq sahəsi var. 

Bundan başqa, oliqarx Skolkov kəndində daha bir malikanənin sahibidir. Ancaq onun sahəsi və dəyəri haqqında heç bir məlumat yoxdur. 

Moskva Arbitaj Məhkəməsi 2017-ci ilin martında "Çerkizov” bazarının sahibi Telman İsmayılov barəsində müflis olma qərarı çıxarıb. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol