Sərnişin təyyarəsi havada alışdı – DƏHŞƏTLİ ANLAR

Göyərtəsində 200-dən sərnişinin olduğu təyyarə mühərrikində başlayan yanğınla əlaqədar Ufaya qayıdıb.
Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ufa hava limanının saytında bildirilir.
"Sol mühərrikin alışması səbəbindən "Red Vinqs” aviaşirkətinin 808 reysini həyata keçirən Tu-204 hava gəmisi Ufa aeroportunda qəza enişi edib. Təyyarənin göyərtəsində 202 sərnişin var idi”, - xəbərdə deyilir.
Təyyarənin hava limanına enməsindən 7 dəqiqə sonra hava ilə doldurulan pilləkənlərin köməyi ilə sərnişinlərin hamısı təxliyə edilib. Zərərçəkən yoxdur.
Sərnişinlərlə aviaşirkətin nümayəndələri və psixoloqlar işləyirlər. Hadisə ilə bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















