• $
  • €
  • ₽
  • ₺
  • £

“Fukusima” radiasiyasından ilk ölüm halı qeydə alındı

“Fukusima” radiasiyasından ilk ölüm halı qeydə alındı
28.05.2020 23:45
Yaponiya hakimiyyəti 2011-ci il "Fukusima” AES-də baş verən qəzadan sonra radiasiyadan ilk ölüm halını qeydə alıb. 
 
Oxu.Az xəbər verir ki, bununla bağlı "Reuters” Yaponiyanın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb. 
 
Məlumatda bildirilib ki, 50-dən çox yaşı olan kişi yüngül xərçəngdən vəfat edib. O, müxtəlif atom stansiyalarında işləyib və qəzadan sonra iki dəfə "Fukusima”da olub. Ona onkoloji xəstəliklə bağlı diaqnoz 2016-cı ilin fevralında qoyulub. Ölən şəxsin ailəsinə kompensasiya ödəniləcək. 
 
Rəsmi məlumatlara görə, "Fukusima”dakı qəza zamanı dörd nəfər radiasiyadan xəstələnib, bu isə ilk ölüm halıdır. Qəzadan dərhal sonra stansiyada ölən üç nəfər isə şüalanmadan vəfat etməyib. 
 
2011-ci il martın 11-də Yaponiyada 9,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində "Fukusima – 1”-də qəza baş verib. Qəzadan sonra 160 min insan öz evlərini tərk etməli olub. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol