• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni general evində azərbaycanlı əsir saxlayırmış - Qalmaqal

Erməni general evində azərbaycanlı əsir saxlayırmış - Qalmaqal
29.05.2020 07:16

Manvel Grigorian - Şəkildə soldan 1-ci.

İstefada olan general, Qarabağ müharibəsi iştirakçısı Manvel Grigorian Azadlıq Radiosunun Erməni xidmətinə deyib ki,  müharibədən sonra evində azərbaycanlı əsir saxlayırmış. Onun bu etirafı Ermənistanda insan haqları müdafiəçilərinin narazılığını doğurub. Onların fikrincə, general əsirlər haqda Cenevrə konvensiyasını pozub.

Manvel Grigorian 2000-2008-ci illərdə Ermənistanın müdafiə nazirinin müavini olub. 

Manvel Grigorian müsahibədə demişdi ki,  müharibədən Ermənistana yüzlərlə əsirlə qayıdıb. “Simon adlı əsiri evdə saxlayırdım. 4 il saxlamışam: 2 il Mardakertdə, 2 il Ermənistanda. Sonra Qırmızı Xaça verdim. Onu apardılar və təhvil verdilər. Çünki onun anası, bacısı, nişanlısı vardı. O qayıtmağı çox istəyirdi. Mən də buraxdım. “

Müxbir deyəndə ki,  Simonun 15-16 yaşı vardı, Manvel Grigorian razılaşmayıb: “O,  Xüsusi təyinatlı idi. Təlim keçmiş döyüşçü idi. Düzdür, 15 yaşı vardı, ancaq xüsusi təlim keçmiş dəstələrdən idi. Onu çətinliklə əsir götürmüşdülər”.

Müxbir soruşub ki, Simon adını ona generalın özümü verib? Və niyə məhz Simon? Grigorian deyib ki, “Bəli, Simonian Simon. Bəs kim verməli idi? Ona Alievian Aliev adını verə bilməzdim ki!?.”.

Cenevrə konvensiyasına görə, vuruşan tərəflər əsirlər məsələsini nəzarətdə saxlamalıdır. Şəxsi adamlar əsirləri evlərində və ya başqa belə yerlərdə saxlaya bilməzlər.

Ermənistan Cenevrə konvensiyasına 1992-ci ildə qoşulub.

İnsan haqları müdafiəçisi Larisa Allahverdian deyir ki, heç kimin əsiri evində saxlamağa haqqı yoxdur.

Əgər o, əsiri Eçmiədzindəki evində 2 il saxlayıbsa, onda o, beynəlxalq hüququ, Cenevrə konvensiyasını pozub.

Qarabağ müharibəsi dövründə əsirlərin dəyişdirilməsi ilə məşğul olan Allahverdiyanın sözlərinə görə,  o vaxtlar Azərbaycan və Erməni tərəfi əsirləri saxlayırdılar ki, əks tərəfdə əsirlikdə olan qohumları ilə dəyişsinlər.

Allahverdianın sözlərinə görə, müharibə qurtaranda o və başqa hüquq müdafiəçiləri o vaxtki prezident Ter-Petrosiana müraciət etdilər ki, əsirlərin geri qaytarılması məsələsini dövlət nəzarətinə götürsün. Ter-Petrosianın əmri ilə bu, belə də oldu.

Grigorianın evdə əsiri 2 il saxlamasının hüquqi nəticələri olacaqmı?  Baş prokurorluq və Xüsusi İstintaq İdarəsi bildirir ki,  bu məsələyə  baxılacaq.

Azadliq.org

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol