• $
  • €
  • ₽
  • ₺
  • £

Qaşıqçı musiqi sədaları altında belə öldürüldü: başı kəsildi, barmaqları qoparıldı, cəsədi... - ŞOK DETALLAR

Qaşıqçı musiqi sədaları altında belə öldürüldü: başı kəsildi, barmaqları qoparıldı, cəsədi... - ŞOK DETALLAR
29.05.2020 03:32
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı yeni səs qeydləri ortaya çıxıb.

Səs qeydlərindən birində tələm-tələsik Ər-Riyada qaçan baş konsul Məhəmməd Uteybinin ciddi təşviş keçirməsi görünür.

Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman müxalif jurnalistin aradan götürülməsi üçün Ədliyyə Tibb Qurumunun başçısı da daxil olmaqla, İstanbula 15 adam göndərib. Sənəd üçün konsulluğa gələn Qaşıqçının işgəncələrə məruz qaldığı bildirilir. Məlumata görə, sorgu zamanı ilk olaraq barmaqları qoparılıb, daha sonra başı kəsilib.

Baş konsul Uteybi işgəncə zamanı "Bunu çöldə edin, başımı bəlaya salacaqsınız!” deyib. Jurnalistə işgəncə verənlər isə konsulu "Əgər Ərəbistana gələndə yaşamaq istəyirsənsə, sus!” şəklində xəbərdar edilir.

Qətərin "Əl-Cəzirə” kanalı da cinayətlə bağlı tükürpədici detalları paylaşıb. İddiaya görə, Camal Qaşıqçı konsulun kabinetində öldürülüb və cəsədi 7 dəqiqə ərzində hissələrə ayırıblar. Cəsədin hissələrə bölünməsi işini isə səudiyyəli tibb mütəxəssisi Salah Məhəmməd əl-Tubaigi həyata keçirib. O, bu zaman yanındakılarına musiqi dinləməyə məsləhət görüb.

Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasından bir daha çıxmadığı bildirilir./publiaka.az


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol