• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədən Rza Zərrabla bağlı qərar

Türkiyədən Rza Zərrabla bağlı qərar
05.11.2018 15:03
İstanbul məhkəməsi ABŞ-da keçirilən türkiyəli bankir Hakan Atillanın işi üzrə şahidlik edən İran əsilli türk milyarderi Rza Zərrabın həbsi ilə bağlı order verib. 

Bununla bağlı "Anadolu” agentliyi məlumat yayıb. 

Rza Zərrab İran, Azərbaycan, Türkiyə və Makedoniya vətəndaşlığına sahibdir. 2008-ci ildə Rza Zərrab türkiyəli pop-ulduz Ebru Gündeşlə evlənib və 2011-ci ildə onların qızı olub. 2016-cı ilin sentyabrında Ebru boşanma ilə bağlı məhkəməyə müraciət edib, ancaq tezliklə cütlük münasibətləri bərpa edib. 

Zərrab Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda şəxsi villasında qanunsuz təmirdə ittiham olunub. Buna görə onu üç ilə qədər həbs cəzası gözləyir. 

Məhkəmə Zərrabın hüquqi statusunu müəyyənləşdirmək xahişi ilə Türkiyə xarici işlər və ədliyyə nazirliklərinə, eləcə də, Türkiyənin Vaşinqtondakı səfirliyinə müraciət edib. 

Xatırladaq ki, ABŞ-da həbs edilən iş adamı Rza Zərrabın cinayət işi "ABŞ Atillaya qarşı” şəklində dəyişdirilib. Həmin prosesdə təkcə "Halkbank”ın baş direktor müavini Hakan Atilla müttəhim kimi dindirilib. Rza Zərrab məhkəmədə Hakan Atillaya qarşı şahidlik edib. Atilla ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham edilir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol