• $
  • €
  • ₽
  • ₺
  • £

17 yaşlı Güneli Rusiyada niyə öldürdülər? - TƏFƏRRÜAT

17 yaşlı Güneli Rusiyada niyə öldürdülər? - TƏFƏRRÜAT
28.05.2020 22:02
17 yaşlı azərbaycanlı Günel Dadaşovanın meyiti dekabrın 14-də Rusiyanın Nijneudinsk şəhərində aeroport rayonundakı adacıqda tapılıb. 

Anews.az-ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Nijneudinsk İdarəsinin məlumatında deyilir.

Qətli törətməkdə şübhəli bilinən şəxslər artıq müəyyən edilib: Günelin 17 yaşlı sinif yoldaşı və 15 yaşlı başqa bir yeniyetmədir.

Hazırda hər ikisi saxlanılıb və onlardan ifadə alınır.

Müstəntiqlər öyrənə bilib ki, azərbaycanlı qızın sinif yoldaşının pula ehtiyacı olub, bu səbəbdən, o, Günel Dadaşovadan 70 min rubl məbləğində borc alıb. Həmin pullar mərc oyunlarına qoymaq məqsədilə alınıb. Qızın valideynləri birlikdə yaşamır, atası başqa şəhərdə yaşayır və vaxtaşırı ona pul göndərirdi, Günel isə pulların çox hissəsini bir kənara yığırdı.

Atasına yardım etmək üçün pula ehtiyac yaranan zaman borc verdiyi sinif yoldaşına müraciət edir. Həmin vaxt oğlanın tələb olunan məbləğdə pulu olmadığından Güneli öldürməyə qərar verib.

Dekabrın 6-da o, borcu qaytarmaq adı ilə 15 yaşlı yeniyetmə ilə birlikdə Güneli başqa sinif yoldaşının evinə çağırıb. Qız həmin evə gələndə, sinif yoldaşı dostunun gətirdiyi bıçaqla onun boyun nayihəsinə bir neçə zərbə endirib. Aldığı bıçaq xəsarətlərindən qız hadisə yerində keçinib.

Qətldə əlbir olanlar bir neçə gün ərzində cinayət izlərinin itirilməsi ilə məşğul olub. Sonradan 17 yaşlı yeniyetmənin anası da onlara qoşulub. Birlikdə qızın cəsədini polietilen torbaya yerləşdirərək, aeroport rayonundakı adacıqda, kolların arasında gizlədiblər.

Maraqlıdır ki, sinif yoldaşları və müəllimlər hər iki şagird barədə yalnız müsbət sözlər deyiblər. Bununla belə, axtarışın başlandığı ilk gündən sinif yoldaşları əsas şübhəlilər çevrəsində olub.

Axtarış zamanı cinayətkarlardan birindən qətldə istifadə olunan bıçaq götürülüb. Şübhəli şəxslərlə bağlı RF Cinayət Məcəlləsinin 105-ci maddəsinin "j” və "z” bəndi (mənfəət məqsədilə öncədən əlbir olan bir qrup şəxs tərəfindən törədilən qətl) üzrə cinayət işi açılıb. Onları səkkiz ildən 20 ilə qədər həbs cəzası gözləyir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol