• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya liderləri Ərdoğanı təhdid edən cinayətkara qarşı AYAĞA QALXDI

Dünya liderləri Ərdoğanı təhdid edən cinayətkara qarşı AYAĞA QALXDI
28.05.2020 21:17
Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə edilən silahlı hücum dünya ölklərini ayağa qaldırıb.

Publika.az xəbər verir ki, Türkiyə, Almaniya, Rusiya, İngiltərə, Avropa İttifaqı, NATO olayı qınayan bəyanatlar yayıb.

Rusiya prezidenti Vladimir Putin məsələ ilə bağlı çıxışında "Dua üçün toplaşan dinc sakinlərə qarşı təşkil edilən hücum iyrənclik və qəddarlığı ilə şok edir” sözlərini deyib.

Almaniya kansleri Angela Merkel isə "irqçi nifrət səbəbilə öldürülənlər üçün yas saxlayıram” deyib.

İngiltərənin terrorla mübarizə şefi hər zaman Yeni zelandiyalı həmkarlarına dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Pakistanın baş naziri İmran Xan isə bildirib ki, terrorun dini yoxdur: "Bu hücum bizim hər zaman dediyimiz "terrorun dini yoxdur” fikrinin sübutudur. Mən bu hücumun məsuliyyətlisi olaraq 11 sentyabr hücumundan sonra ortaya çıxan islamafobiyanı günahlandırıram”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə hücum zamanı onun adını çəkən cinayətkarlara cavab verib: "Ölkəmizi, millətimizi və məni təhdid edirlər. Bu qatilin irqçi, islamafobik davranışı hazırda bütün Qərb cəmiyyətini sürətlə ələ keçirir”.

Qeyd edək ki, sözügedən hücum nəticəsində 50-yə yaxın şəxs ölüb, onlarla insan yaralanıb. Şübhəli şəxs olaraq 1-i qadın olmaqla, 4 nəfər saxlanılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol