Türkiyədə təkrar bələdiyyə seçkilərinin keçirilməsi təklif olunur

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli Türkiyə hakimiyyətini ölkənin iri şəhərlərində təkrar bələdiyyə seçkiləri keçirməyə çağırıb.
Anews.az Trend-ə istinadən xəbər verir ki, D.Bahçeli təkrar bələdiyyə seçkilərinin keçirilməsinin Türkiyə qanunlarına zidd olmadığını bildirib:
"Təkrar seçkilər 31 mart seçkilərindən sonra meydana çıxan mənfi və mübahisəli məqamların aradan qaldırılmasına imkan verəcək".
İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri keçiriləcək
Yerli KİV ölkə hakimiyyətinin D.Bahçelinin bu təklifinə baxa biləcəyini istisna etmir.
Xatırladaq ki, bundan əvvəl hakim partiyanın İstanbul bölməsinin rəhbəri Bayram Şenocak İstanbulda seçkilərin nəticələrinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun xeyrinə saxtalaşdırılması ilə bağlı dəlillərə malik olduğunu bəyan edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















