• $
  • €
  • ₽
  • ₺
  • £

Zelenski Yanukoviçin təbrikini qəbul etmədi

Zelenski Yanukoviçin təbrikini qəbul etmədi
22.04.2019 12:22
Ukraynanın sabiq dövlət başçısı Viktor Yanukoviç Vladimir Zelenskini prezident seçkilərində qaəlib gəlməyi münasibətilə təbrik edib. 

"Qafqazinfo”nun məlumatına görə, eks-prezidentin oğlu Aleksandr Yanukoviçin mətbuat katibi Yuri Kirasirin feysbuk hesabında paylaşdığı təbrik məktubunda deyilir:

"Sizi Ukraynanın prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ukraynalılar ölkəmizin ən çətin anında bu vəzifəni sizə təhvil verdi”.

O, həmçinin Zelenskini ona güvənən ukraynalıların inamını itirməməyə çağırıb. Lakin yeni prezidentin komandası sözügedən təbriki birmənalı qarşılamayıb.

"Cənab Zelenskinin komandası rusyönümlü keçmiş ukraynalı məmurlardan "dəstək” aldı. Buz bu "dəstək” və təbriklər olmadan da yolumuza davam edə bilirik”, - deyə Zelenski qərargahının nümayəndəsi Dmitri Razumkov bildirib.

Qeyd edək ki, aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərində V. Zelenski 73,17 faiz, Petro Poroşenko isə 24,5 faiz səs toplayıb. 

Xatırladaq ki, Kiyev məhkəməsi bu ilin yanvarında Yanukoviç barəsində 13 il müddətinə axtarışla həbs qərarı verib. O, Rusiya tərəfindən Ukraynaya qarşı aparılan təcavüzkar siyasətə səbəb olmaqda ittiham edilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox