Toy karvanında qəza: BƏYLƏ GƏLİN YARALANDI

İranın Zəncan vilayətində Qeydar yolunda toy karvanında ağır yol qəzası baş verib.
Redaktor.az-ın məlumatına görə, bunu İranın Zəncan vilayətinin yol polisinin rəis əvəzi polkovnik Məhəmməd Əli Əzimi deyib.
M.Əziminin sözlərinə görə, toy karvanında "Peugeot Pars" markalı avtomobilin aşması nəticəsində 2 nəfər həlak olub.
Rəsmi əlavə edib ki, hadisə nəticəsində bəylə gəlin də yaralanıb və xəstəxanaya yerləşdirilib.
Polis rəisi hadisəyə səbəbin sürət həddini aşma olduğunu deyib./
/Trend.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















