• $
  • €
  • ₽
  • ₺
  • £

Gülməli olsa da işimizə yaraya biləcək 10 VİDEO

Gülməli olsa da işimizə yaraya biləcək 10  VİDEO
06.09.2019 17:19
Alliqatorun qənimi

 
Ağırlığı yarım ton, dişləmə gücü 20 min nyuton olan, mədəsi hətta daşları və sümükləri həzm edən soyuqqanlı mükəmməl ölüm maşını olan, milyon illər ərzində dəyişməyən, nəsli kəsilməkdə olan alliqator. Bu qorxunc yırtıcını boynundan tutub gölə atmaq hər oğulun işi deyil.
 
Oturmazdan əvvəl unitaza baxmaq lazımdır

 
Belə şeyə yəqin ki, heç kəs fikir vermir. Öz aramızdır, heç kəs özünə bu cür sürpriz arzulamaz.
 
Əyləc? Biz əyləcsiz də keçinirik 


Çoxlarımız aerodinamikanın qanunlarını və küləyin sürətə təsirini nəzərə almırıq. Avtomobil sürəndə isə buna heç fikir vermirik (niyə də verməliyik? Pedalı basırıq və iri metal qutu hərəkətə gəlir), ta ki, velosipedə minənə qədər. Gördüyünüz bu videonun qəhrəmanı ayaqlarınlarını əziyyətə salmadan küləyin axını ilə velosipedi hamıdan bərk sürür. (Amma mənim üçün bir şey maraqlıdır: eyni üsuldan niyə o biri velosipedçilər istifadə etmirlər? Axı hamısı eyni istiqamətdə gedir.)
 
Fokus
 
 
Hər şey həqiqətən də videoda göründüyü kimidir? Əlbəttə ki, yox. Bu qız burnunun bir tərəfini şəhadət və orta barmaqları ilə, eyni vaxtda burun dəliyini baş barmağı ilə  sıxır. Sonra muncuğu barmağının ucunda saxlayıb ehmalca aşağı endirir və muncuq onun gözündən "çıxır." Yanındakı oğlanın anatomiyadan anlayışsız olması elə reaksiyasından bilinir.
 
"Qəddarlıq" 

 
Sağ qalma instinkti bu uşaqda yaman güclüdür. Göyərçinin dimdiyindən yeməyini almaq əsl "qəddarlıq"dır, şirin "qəddarlıq".
 
Avtomobil yumaq necə də dəhşətlidir
 
 
Avtomobilin künc-bucaqlarını və dəlmə-deşiklərini yumaq çox çətindir. Amma belə bir yumadan sonra bu maşın indi tər-təmizdir.
 
Qanun icazə verir
 
 
Yaxşı, başa düşdük ki, benzin yoxdur. Amma işdir, birdən pivə də olmasa yazıq sürücü neyləsin?
 
Alışqanınız yoxdur? Problem deyil

 
Videoda gördüyünüz üsul alışqan, kibrit olmayanda köməyinizə çata bilər. Sadəcə olaraq qazı açıb bu üsulu tədbiq etmək lazımdır. Söz veririk ki, alınacaq.
 
Balıqtutan it
 
 
Belə bir iti olan adam balıq tutmaqla lap milyonçu olar, təki balıq olsun.
 
Yekə baş
 
 
Tibb konfransında nümayiş etdirilmək üçün  üçölçülü printer texnologiyasından, həmçinin oyma və qəlib sənətindən istifadə olunmaqla hazırlanmış bu iri başın mimikası əsl insan simasından qətiyyən fərqlənmir.
  

Hazırladı: Məhəmməd Hüseynov
 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol