• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya əsrlər boyu arzuladı: Tramp onu Putinə pulsuz verdi...

Rusiya əsrlər boyu arzuladı: Tramp onu Putinə pulsuz verdi...
29.05.2020 05:44
Rusiya Yaxın Şərqdə qazandığı uğura layiqdir. Rusiya da ABŞ-ı bölgədə dominant gücə çevirən hərbi və diplomatik vasitələrdən istifadə etdi. Amerika bölgəyə təsir uğrunda gedən bu mübarizəni uduzmadı, müəmmalı şəkildə təslim oldu.
Anews.az musavat.com-a istinadən bildirir ki, bu iddialar "Vaşinqton Post"un məqaləsində yer alıb.
Məqalədə qeyd edilib:

Prezident Tramp Amerikanın Suriyadan geri çəkilməsini qələbə kimi təqdim etməyə çalışır. Əlbəttə, bu absurdur. Amerika kürd müttəfiqlərimizi (PYD/YPG terrorçuları nəzərdə tutulur - red.) türk işğalı qarşısında tək buraxdı və bununla da imkan yaratdı ki, məhv edilmiş düşmən - İŞİD yenidən güclənib Qərbə qarşı hücumları davam etdirsin.
Amerika Prezidentinin bu addımı ABŞ-ı, xüsusən də hərbçiləri rüsvay etdi. ABŞ xüsusi təyinatlıları Suriyadakı döyüş bölgəsindən çıxarkən qəzəblənmiş kürdlər tərəfindən pomidor yağışı altına düşdülər.
İndi Rusiya Suriyanın şimal-şərqində möhkəmlənir. Prezident Vladimir Putinin bu uğurunun bəzi səbəblərini nəzərdən keçirməkdə fayda var. Birincisi, Putin son dərəcə həyasız və qəddardır. Və özünə bənzər olan Suriya rejimi ilə tərəfdaşdır. Putin 2015-ci ildə məhdud güclə Suriyaya müdaxilə etdi, lakin qətiyyətlə mübarizə apardı.
Rusiya Yaxın Şərqdəki bütün müharibə edən ölkələrlə danışıqlara getdi və fərqli tərəflər arasında vasitəçi kimi ortaya çıxdı. Bu, ona əlavə təzyiq və təsir rıçaqları verdi. Əvvəllər Amerika da qarşı tərəflər arasında vasitəçi olurdu və eyni üsullardan yararlanırdı. Birbaşa danışıqlara getməyən tərəfləri bir araya gətirməyin özəlliyi budur.
Amerika Rusiya, Suriya, İran, Çin, Şimali Koreya, Kuba, Venesuela ... kimi ölkələrə sanksiyalar tətbiq etdi. Bəzən bu sanksiyalar Amerikanın maraqlarına zidd olur. Rusiya isə belə şeylər etmir. Cənab Tramp axmaqlığı ucbatından Türkiyənin Suriyaya hücumuna töhfə verdi, iş işdən keçəndən sonra isə Türkiyəni sanksiyalarla hədələdi. Sanksiya məsələsi o qədər istismar olundu ki, əks effekt verməyə başladı
Rusiya gözə daha az girməklə daha çox iş görməyə çalışır. Amerika isə görüntüyə üstünlük verir.
Yaxın Şərqdəki son uğurlarına görə Rusiya eyni zamanda ərəb dilini yaxşı bilən və çoxtərəfli danışıqlar aparmağı bacaran yaxşı hazırlanmış diplomatlarına borcludur. Rusiya ideologiyaya deyil, öz maraqlarına üstünlük verir. Rusiya Suriya dövlətinin dağılmasının qarşısını almaq və sabitliyi bərpa etmək üçün 2015-ci ildə bu ölkəyə müdaxilə etdi. 5 ildir ki, Rusiya rəsmiləri ilə sıx əməkdaşlıq edən bir Qərb qeyri-hökumət təşkilatının nümayəndəsi deyir ki, ruslar bölgəni yenidən bərpa etməyə çalışırlar. Onlara sabitlik və ticarət lazımdır. Ruslardan fərqli olaraq, "ideoloji xəyallar" quran amerikalılar özləri də fərqinə varmadan qeyri-sabitliyə səbəb olurlar. Çünki öz dəyərlərini bölgəyə ixrac etməyə çalışırlar.
Amerika dəyərləri bizim güclü tərəfimizdən biri olaraq qalır, amma başqa ölkələrə müdaxilə zamanı bu dəyərlər problemə də çevrilə bilər.
Putinin Suriyadakı ən böyük zəifliyi evdə olduğu kimidir, yəni korrupsiyaya bağlıdır. Bir vaxtlar ABŞ qüvvələri tərəfindən qorunmuş kürd bölgələrindəki neft yataqlarını ələ keçirmək üçün Moskva hərbi birləşmələrlə bazarlığa gedir. Ruslar onlara neft yataqları təslim edən silahlılara gəlirin cüzi hissəsini ödəyir. Təbii ki, bu, dövlət səviyyəsində banditizmdir. Ancaq ruslar belə şeylərdən çəkinmirlər.
Əsrlər boyu Rusiya hazırda Yaxın Şərqdə qazandığı nüfuza sahib olmaq arzusu ilə yaşamışdı. Cənab Tramp heç bir qarşılıq almadan Rusiyanın bu arzusunu həyata keçirdi və Rusiyanın çoxdan arzuladığı şeyləri ona pulsuz verdi

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol