ABŞ-ın vitse-prezidenti: "Amerika xalqı İran xalqının yanındadır"

"Amerika xalqı İran xalqının yanındadır".
Yeniavaz.com xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Mayk Pens İran İslam Respublikasında davam edən etiraz aksiyaları haqqında özünün "Twitter” səhifəsində fikir bildirərkən yazıb: "İran əhalisi etiraz əlaməti olaraq küçələrə çıxdıqca, Tehrandakı Ayətullahçılar həbs və zorakılıqla öz xalqlarına zülm etməyə davam edirlər. Amerika Birləşmiş Ştatlarının mesajı aydındır: Amerika xalqı İran xalqının yanındadır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















