• $
  • €
  • ₽
  • ₺
  • £

İran səfiri İngiltərə Xarici İşlər Nazirliyinə çağrıldı

İran səfiri İngiltərə Xarici İşlər Nazirliyinə çağrıldı
13.01.2020 18:30
İranın İngiltərədəki səfiri daha əvvəl Tehranda İngiltərə səfirinin həbsi ilə əlaqədar Birləşmiş Krallıq Xarici İşlər Nazirliyinə çağrılıb, bu barədə hökumət dəftərxanasının  rəsmi nümayəndəsi məlumat verib.
 
Bundan əvvəl Tasnim İran agentliyi İngiltərənin İrandakı səfiri Robert Makerın bir müddət saxlanıldığını, lakin sonradan diplomatın sərbəst buraxıldığını bildirmişdi. İran mediası səfirin şənbə günü Tehrandakı etiraz aksiyalarında iştirak etdiyini və "bəzi radikal aksiyaların təşkili, təşviq edilməsi və yönləndirilməsi ilə məşğul olduqlarını" bildirib. Söhbət şənbə günü Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini ehtiram etmək üçün İran paytaxtındakı Əmir Kəbir Universitetinin binasında toplanan yüzlərlə tələbənin aksiyasından gedir.
 
"Etirazımızı bildirmək üçün İran səfirinı bazar ertəsi Xarici İşlər Nazirliyinə çağırmışıq. Britanıyanın İrandakı  səfirinin saxlanması Vyana Konvensiyasının pozulması deməkdir və araşdırılmalıdır. İran hökumətindən bunun təkrarlanmayacağına dair zəmanət tələb edirik", - deyə Britaniya hökumətinin nümayəndəsi jurnalistlərə bildirib.
 
Sem Makerın özü isə saxlanandan sonra bildirib ki, İran paytaxtındakı nümayişdə iştirak etməyib  vəyığışanla şüarlar səsləndirməyə başladıqdan beş dəqiqə sonra hadisəni tərk etdiyini qeyd etdi.İngiltərə Xarici İşlər Naziri Dominic Raab və Baş Nazir Boris Johnson Makarın tutulmasını beynəlxalq qanunların kobud və əsassız olaraq pozulması adlandırdılar.
 
Tərcümə: Fərid Məmmədli 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol