• $
  • €
  • ₽
  • ₺
  • £

Ayaqyoluna getdikdən sonra parçalanmış meyiti tapılan qızın ölümünün sirri açıldı - VİDEO

Ayaqyoluna getdikdən sonra parçalanmış meyiti tapılan qızın ölümünün sirri açıldı - VİDEO
29.05.2020 00:22
Bir neçə gün öncə ayaqyolu ehtiyacını ödəmək üçün maşından düşən və sonra parçalanmış cəsədi tapılan qızın ölümünün arxasındakı sirr pərdəsi açılıb.

Bu barədə "Haberler” xəbər yayıb.

Türkiyənin Adana şəhərinin Ceyhan rayonunda baş verən dəhşətli hadisədə Mehtap Ateşin yolu keçmək istəyərkən qəzaya düşdüyü, sonra isə üstündən bir neçə maşının keçdiyi məlum olub.

Qızı ilk vuran şübhəlinin qəzadan sonra maşının arxa təkərinə ilişən paltonu çıxararaq zibil qutusuna atdığı anlar həmin əraziyə quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınıb.

Xatırladaq ki, M.Ateş sevgilisi Murad A. ilə görüşmək üçün Konyadan Ceyhana gəlmişdi, sonra birlikdə şəhər mərkəzinə yola düşüblər. Bir müddət sonra qız ayaqyolu ehtiyacı olduğunu bildirərək, sevgilisindən maşını münasib yerdə saxlamağı istəyib.

Qadının uzun müddət geri qayıtmadığını görən Murad.A. onu axtararkən yolda təqribən 100 metr məsafə boyunca meyit parçalarına rast gəlib və geyim hissələrindən bunun Mehtapa aid ola biləcəyini anlayaraq dərhal polisə xəbər verib.

Hadisə yerinə gələn hüquq mühafizəçiləri cəsəd parçalarının yanında Ateşin şəxsiyyətini təsdiq edən sənədini və qanlı fotosunu tapıb. İstintaqa başlayan polis qızın qəzaya qurban getdiyini və sonradan üstündən çoxlu sayda maşınların keçdiyini müəyyənləşdirib. Tədqiqatlardan sonra Ateşi ilk olaraq H.Ö. adlı birinin vurduğunu aydınlaşıb.

Polis maşını Adana hava limanında park edilmiş halda tapıb. Avtomobil müsadirə olunub. H.Ö.-nün isə İstanbula getdiyi müəyyənləşib.
İstintaq davam edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol