• $
  • €
  • ₽
  • ₺
  • £

Stalin necə əylənirdi... - Fotolar

Stalin necə əylənirdi... - Fotolar
29.05.2020 11:32
İosif Stalin tarixin ən ziddiyyətli şəxsiyyətlərindən biridir.

Bir tərəfdə İkinci Dünya Müharibəsinin qalibi, digər tərəfdə repressiyalarla minlərlə insanın canına qıyan zalım obraz. Bəs biz Stalini nə qədər yaxşı tanıyırıq?
Bizimyol.info xəbər verir ki, çəkməçi ailəsində doğulan Vissarion İvanoviç Cuqaşvilinin çox ağır uşaqlığı olub. Anası Yekaterina Georgiyevna onun keşiş olmasını istəyirdi. Amma inqilabi ideyalar daha üstün gəldi.
Stalin ölkəyə rəhbərlik edəndən sonra necə əylənirdi? Bu haqda çox yazılmır. Məlumdur ki, Stalin qadın düşkünü olmayıb. Hər halda, bu haqda heç şayiələr də dolaşmırdı.
Onun bilyard oynamağı sevməsini dəqiq söyləmək olar. Bir də "qorodki” oyununu çox sevirmiş. Bununla bağlı hətta foto da qalıb.

Stalinin sürətli oxuması barədə də çox danışılır. Deyilənə görə, gündə 200 səhifə oxuyurmuş.

Kitabxanasında 40 min kitab varmış. Heç cür inanmaq olmur ki, kitabları bu qədər sevən insan günahsız adamların həyatına rahatca son qoyurmuş.
Stalin yaxşı yemək mərasimindən də zövq alırmış. Gürcü, rus mətbəxini bəyənirmiş. Hələ Avropa yeməklərinin də məmnuniyyətlə dadına baxırmış.
SSRİ rəhbərinin kino sevgisi haqda ayrıca danışmaq lazımdır. O, dostları, silahdaşları ilə birlikdə filmə baxmağı çox sevirmiş. Çarli Çaplinin pərəstişkarı imiş. Bu aktyoru bir az da atasına bənzədirmiş. Ən çox "Volqa-Volqa” filmini xoşladığı söylənilir

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol