• $
  • €
  • ₽
  • ₺
  • £

Bir ailənin 17 üzvü koronavirusa yoluxub

Bir ailənin 17 üzvü koronavirusa yoluxub
31.03.2020 10:59
İngiltərədə, bir ailənin 17 üzvü, koronavirusdan ölmüş  qohumlarının dəfnindən sonra COVİD-19-a yoluxub, bu barədə "Daily Mirror" qəzeti məlumat yayıb.


86 yaşlı Şeyla Brooks fevralın 9-da koronavirus infeksiyasından ölüb. Çox sayda ailə üzvünün qatıldığı dəfn mərasimi martın 13-də baş tutub. Bir neçə gündən sonra xanımın mərasimdə iştirak edən 65 yaşlı bacısı Syuzan Nelson reanimasiyaya yerləşdirilib və dünyasını dəyişib.


Ölümünün ilkin səbəbi koronavirus infeksiyası olub.


Brooksun dəfnindən sonra ailəsinin digər 16 üzvündə COVID-19 əlamətləri aşkarlanıb. Yoluxanlar arasında onun 34 yaşlı qızı Nelson Amanda da olub. "Qohumlarımızdan biri hazırda xəstəxanadadır və çox ehtimal  xəstəlikdən qurtula bilməz" deyə Amanda  bildirib.  Amanda vurğulayıb ki,  cənazə mərasimindən sonra 17 ailə üzvündə koronavirusa xas olan simptomlar aşkarlanıb.  "Xəstəlik həm yaşlılara, həm də gənc qohumlara keçib", - o, deyib. 


Koronavirus simptomları olan bütün ailə üzvləri evdə təcrid vəziyyətindədirlər. Amanda söyləyib ki,  atası Robert ilə birlikdə sağalmaq üzrədir. "Öskürək digər simptomlar kimi hələ də mövcuddur, amma xoşbəxtlikdən səhhətimiz getdikcə yaxşılaşır. Ailə üzvlərimiz ətrafdakılarla məsafə saxlamaq və qrup halında yığmamaq barədə hökumətin tövsiyələrinə əməl etməyə çağırır. Zəhmət olmasa məsləhətə əməl edin. Evdə qalın və sağlam  olun”,  - deyə Karl xahiş edir.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol